Dəyirmi masa

ictimaiyyətdə geniş əhali kütləsi üçün əhəmiyyət kəsb edən ideyaların, problemlərin, situasiyaların birgə müzakirə forması: dəyirmi masa iştirakçıları elm, biznes, ictimai və dövlət təşkilatları nümayəndələrindən və s. ibarət olur.
Dərəcə
Diaqram
OBASTAN VİKİ
Masa
Masa və ya büro — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır. == Tarix == Masa üslubunda mebel klassik antik dövrdə və ya Yaxın Şərq və ya Uzaq Şərqdəki savadlı sivilizasiyanın digər qədim mərkəzlərində istifadə edilməmiş kimi görünür, lakin konkret bir dəlil yoxdur.
Dəyirmi qurdlar
Nemathelminthes (lat. Nemathelminthes) — heyvanlar aləminə aid heyvan tipi. İlk bədənboşluqlu qurdlar da deyilir. Onların daxili orqanları protoselom adlanan ilk boşluqda yerləşmişdir. Bu boşluğun səciyyəvi xüsusiyyəti odur ki, onda xüsusi divar yoxdur. Azərbaycanda dəyirmi qurdlardan 843 növ nematod tapılıb. == Quruluşu və fiziologiyası == Dəyirmi qurdların bədəni silindrik uzunsov, buğumsuz və kirpiksiz olur. Bu orqanizmlərin 80.000-ə qədər növü var. Onlar demək olar ki, bütün ekoloji mühitlərə uyğunlaşmışdır. Bədənin uzunluğu 0.01 mm-dən (bəzi fırlanğıclar) 8.5 m-ə qədər (kaşalotun ciftində parazitlik edən ''Placentonema gigantissima'') dəyişir.
Masa (bürc)
Masa (lat. Mensa) — göyün cənub yarımkürəsində zəif görünən bürc.
Masa dağlar
Masa və tava dağlar (rus. горы столовые, ing. table mountains) — denudasiyaya davamlı çökmə və ya püskürmə süxur layları ilə örtülmüş dik yamaclı və yastı səthli təcrid olunmuş yüksəklik. Qalxmış laylı düzənliklərin erozion parçalanması və ya qırılmalar boyu ayrı-ayrı blokların differensial yerdəyişməsi zamanı əmələ gəlir.
Altılı Masa
Altılı Masa — CHP, İYİ Partiya, Səadət Partiyası, Demokrat Partiyası, DEVA Partiyası və Gələcək Partiyası tərəfindən 12 fevral 2022-ci ildə keçirilən ilk toplantıda qurulan siyasi birlik. İYİ İYİ Partiyanın Baş katibi Uğur Poyraz, Millət Alyansının seçki prosesi zamanı ittifaq olduğunu, seçki prosesi geridə qaldıqdan sonra isə işbirliyinə çevrildiyini açıqladı. Altılı masa Milli İttifaqdan ayrı müstəqil bir qurumdu. 26 yanvar 2023-cü ildə Altılı masa 11-ci iclasından sonra ilk dəfə olaraq özünü "Millət İttifaqı" olaraq elan etdi. Millət İttifaqı 30 yanvar 2023-cü ildə Ankarada Ortaq Siyasət Anlaşma Memorandumunu ictimaiyyətlə paylaşdı. == Gücləndirilişmiş parlament sistemi == Siyasi partiyaların altı masalı üzvləri 2022-ci il fevralın 28-də gücləndirilmiş parlament sisteminə keçidlə bağlı bəyannamə yayaraq anlaşma memorandumu imzalayıblar. Memorandumun mətnində seçki baryerinin 3%-ə endirilməsi, ən azı 1% səs toplayan partiyalara xəzinədarlıq yardımı, çanta hüquq praktikasına son qoyulması, prezidentin veto hüququnun götürülməsi və səlahiyyət müddətinin uzadılması 7 il təhsil kurikulumunda hökumətə, hökümətə etimadsızlıq sualı vermək səlahiyyətini tanımaq, tədrisə gender bərabərliyi kurslarının əlavə edilməsi kimi vədlər vardır.
Dəyirmi qurdlar tipi
Nemathelminthes (lat. Nemathelminthes) — heyvanlar aləminə aid heyvan tipi. İlk bədənboşluqlu qurdlar da deyilir. Onların daxili orqanları protoselom adlanan ilk boşluqda yerləşmişdir. Bu boşluğun səciyyəvi xüsusiyyəti odur ki, onda xüsusi divar yoxdur. Azərbaycanda dəyirmi qurdlardan 843 növ nematod tapılıb. == Quruluşu və fiziologiyası == Dəyirmi qurdların bədəni silindrik uzunsov, buğumsuz və kirpiksiz olur. Bu orqanizmlərin 80.000-ə qədər növü var. Onlar demək olar ki, bütün ekoloji mühitlərə uyğunlaşmışdır. Bədənin uzunluğu 0.01 mm-dən (bəzi fırlanğıclar) 8.5 m-ə qədər (kaşalotun ciftində parazitlik edən ''Placentonema gigantissima'') dəyişir.
Qobustanın masa dağları
Qobustanın masa dağları - Azərbaycan Respublikasının nadir relyef formalarından biri də yalnız Şərqi Qobustanın hüdudları daxilində bu günümüzə qədər gəlib çıxmış masa dağlarıdır. Onlar sıldırım və sərt yamaclı oval (dairəvi) formalı və ya uzadılmış ellipsoid görünüşlü, yastı zirvəli yüksəkliklərdir. Masa dağlarının zirehli zirvə­ləri və ya “üst taxtaları” eopleystosenə (orta-üst abşeron) aid sıx qabıqlı əhəng­daşılarının subhorizontal laylarından formalaşmışdır; onlar bir vaxtlar Qobustan ərazisini tamamilə örtmüş və gec dördüncü dövrün şaquli hərəkətləri ilə bağlı olan denudasion proseslərin təsiri altında yuyulmuş yastı düzənliyin qalıqları­dır. Bakı şəhərindən cənubda, Xəzər dənizi sahilinin yaxınlığında ucalan Böyükdaş və Kiçikdaş yüksəklikləri də masa dağları sırasına aid edilir. “Üst taxtaların” kənarlarından uçub tökülmüş müxtəlif ölçülü əhəngdaşı qırıntıları­nın masa dağlarının yamaclarında qalaqlanması nəticəsində qəribə ahəngdarlıq yaradan qaya ansamblları, taxça, kaha və zağalardan ibarət “qayalar dənizi”-nin bənzərsiz landşaftı yaranmışdır. Bu və yaxınlıqda yerləşən Cingirdağ, Şonqardağ və Şıxqaya masa dağ­larının qaya və mağaralarında daş əsri və sonrakı dövrlərə aid çoxlu artefaktları – ibtidai insanın yaşayış məskənləri, qayaüstü təsvirlər, qəbirlər və i.a. aşkar edil­mişdir. Ən qədim petroqliflər yeni eradan əvvəl 10-8-ci minilliklər, ən ge­c­ləri isə orta əsrlərə aid edilir. Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları, Yazılı təpəsi və ətraf ərazilər də daxil olmaqla, 1967-ci ildə burada “Qobustan” Dövlət Tarix-İncəsənət Qoruğu yaradılmışdır. Qoruğun ərazisində yerləşən qədim mə­dəniyyət abidələri UNESCO-nun ümumdünya mədəniyyət və təbiət irsi ob­yekt­ləri sıra­sında yer almış bəşəriyyətin ən qiymətli abidələri siyahısına salın­mışdır.